Azərbaycan Respublikası

Maliyyə Nazirliyi

İctimaiyyətlə əlaqələr və vətəndaş müraciətləri ilə iş şöbəsi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatının İctimaiyyətlə əlaqələr və vətəndaş müraciətləri ilə iş şöbəsi Əsasnamə ilə verilən səlahiyyətlər çərçivəsində Nazirliyin Aparatının struktur bölmələrinin, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların  fəaliyyəti ilə bağlı Kütləvi İnformasiya Vasitələri ilə əlaqələrin qurulmasını, ictimaiyyətin məlumatlandırılmasını, vətəndaşların qəbulu və onların müraciətlərinə baxılması sahələrində işlərin təşkilini və tənzimlənməsini həyata keçirir.

Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Əsasnaməsini, Nazirliyin Kollegiyasının qərarlarını, Nazirliyin əmr və sərəncamlarını, bu Əsasnaməni və hər il üçün təsdiq olunan iş planını rəhbər tutur.

Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Nazirliyin struktur bölmələri (qurumları), eləcə də mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları, habelə idarə və təşkilatlar ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

Dizayn versiya və funksional imkanlarla xətasız tanış olmaq üçün zəhmət olmasa minimum 1300px genişlikdə ekrandan və Chrome , Edge və ya Firefox tipli daha müasir brauzerlərdən istifadə edin.

Azərbaycan Respublikası

Maliyyə Nazirliyi

Azərbaycan Respublikasının rəsmi dövlət platforması